Close Menu
    What's Hot

    TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

    05 Noyabr 2026

    Mərkəzi Bank “Binance” ilə kriptoaktivlər sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

    05 Noyabr 2026

    Çipsinin hər kiloqramına 1 manat aksiz vergisi tətbiqi təklif olunur

    05 Noyabr 2026
    Trending
    • TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib
    • Mərkəzi Bank “Binance” ilə kriptoaktivlər sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib
    • Çipsinin hər kiloqramına 1 manat aksiz vergisi tətbiqi təklif olunur
    • “Sahibkarlara illik 5%-dək faiz dərəcəsi ilə “Yaşıl kredit” veriləcək
    • “Atəşgah Həyat”ın İdarə Heyətinə yeni üzv təyin olunub
    • Qərarların hazırlanmasından ictimaiyyətə təqdimatına qədər kommunikasiyanın strateji əhəmiyyəti
    • AMFA COP31-də iqlim dəyişikliklərinə uyğunlaşmanın maliyyələşdirilməsinə dair seminar keçirəcək
    • SOCAR “Comstock”un aktivlərində payları 1,65 milyard dollara alır
    pashabank
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

      05 Noyabr 2026
      Recent

      TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

      05 Noyabr 2026

      Mərkəzi Bank “Binance” ilə kriptoaktivlər sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

      05 Noyabr 2026

      “Sahibkarlara illik 5%-dək faiz dərəcəsi ilə “Yaşıl kredit” veriləcək

      05 Noyabr 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      “PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını yerləşdirib

      30 Oktyabr 2026

      Azərbaycan şirkətlərinin London Fond Birjasına çıxışı müzakirə olunub – Londonda mühüm görüş

      26 Oktyabr 2026

      “PAŞA Kapital” və İnnovasiyalar Mərkəzi maliyyə savadlılığı üzrə əməkdaşlıq edəcək

      21 Oktyabr 2026

      ABB Invest Daşkənddə neft-qaz layihələrinin maliyyələşdirilməsi təcrübəsini bölüşüb

      21 Oktyabr 2026

      ABŞ fond bazarının kapitallaşması bir gündə 1,1 trilyon dollar artıb

      04 Noyabr 2026

      Neftin qiyməti 6%-dən çox ucuzlaşıb

      02 Noyabr 2026

      ABŞ-nin texnologiya sektorunda kəskin eniş: Nasdaq şirkətləri 5 trilyon dollar dəyər itirib

      30 Oktyabr 2026

      ABŞ birjalarında fərqli dinamika: Dow Jones yüksəlib, Nasdaq geriləyib

      28 Oktyabr 2026

      133 milyon dollardan çox kriptoaktiv oğurluğu Fransanın bank qrupu ilə əlaqələndirilir

      04 Noyabr 2026

      Binance-də mümkün zərər 6,3 milyard dollar qiymətləndirilir-bütün itkilər qarşılanacaq

      30 Oktyabr 2026

      Binance-ə 5,8 milyard dollarlıq haker hücumu iddiası: vəsaitlərin bir hissəsinin dondurulduğu bildirilir

      30 Oktyabr 2026

      Steyblkoin köçürmələrinin həcmi III rübdə 891 milyard dollara çatıb

      25 Oktyabr 2026

      ABŞ fond bazarının kapitallaşması bir gündə 1,1 trilyon dollar artıb

      04 Noyabr 2026

      133 milyon dollardan çox kriptoaktiv oğurluğu Fransanın bank qrupu ilə əlaqələndirilir

      04 Noyabr 2026

      Neftin qiyməti 6%-dən çox ucuzlaşıb

      02 Noyabr 2026

      ABŞ-nin texnologiya sektorunda kəskin eniş: Nasdaq şirkətləri 5 trilyon dollar dəyər itirib

      30 Oktyabr 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Çipsinin hər kiloqramına 1 manat aksiz vergisi tətbiqi təklif olunur

      05 Noyabr 2026
      Recent

      Çipsinin hər kiloqramına 1 manat aksiz vergisi tətbiqi təklif olunur

      05 Noyabr 2026

      SOCAR “Comstock”un aktivlərində payları 1,65 milyard dollara alır

      05 Noyabr 2026

      Elnur Soltanov: “Biz hasilatın pay bölgüsü sazişlərini bir dəfə də olsun dəyişməmiş ölkəyik”

      04 Noyabr 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    pashabank
    Gdp.azGdp.az
    Ana səhifə » Sığorta » Azərbaycan sığorta bazarında həyat sığortası üzrə yığımlar 7,5% artsa da, əmək qabiliyyətinin itirilməsi sığortasında ödənişlər 81,3% kəskin azalıb
    Sığorta

    Azərbaycan sığorta bazarında həyat sığortası üzrə yığımlar 7,5% artsa da, əmək qabiliyyətinin itirilməsi sığortasında ödənişlər 81,3% kəskin azalıb

    06 Aprel 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan sığorta bazarında həyat sığortası seqmenti artım tempini qoruyaraq könüllü sığorta bazarının əsas hərəkətverici qüvvəsi olaraq çıxış edib.

    GDP xəbər verir ki,  həyat sığortası üzrə yığımlar 110.090 min manatdan 118.308 min manata yüksələrək 8.218 min manat və ya 7,5% artıb. Daha çox diqqəti cəlb edən dinamika isə ödənişlərdə qeydə alınıb – bu göstərici 69.794 min manatdan 100.751 min manata qalxaraq 30.957 min manat və ya 44,4% artıb. Bu isə bazarda həm aktivliyin artdığını, həm də əvvəlki illərdə bağlanmış uzunmüddətli müqavilələr üzrə ödəniş mərhələsinin intensivləşdiyini göstərir.

    Məlumata görə, həyat sığortasının əsas hissəsini təşkil edən yaşam sığortası yarımsinfi də artım trendini davam etdirib. Bu istiqamət üzrə haqlar 103.640 min manatdan 109.892 min manata yüksələrək 6.252 min manat  və ya 6,0% artıb. Ödənişlər isə daha sürətli artaraq 68.922 min manatdan 30.750 min manat və ya 44,6% artaraq 99.672 min manata çatıb. Bu dinamikanı əsasən bank sektoru ilə inteqrasiyanın dərinləşməsi, ipoteka kreditlərinin çoxalması və əmanət tipli uzunmüddətli sığorta məhsullarına marağın artması ilə əlaqəli ola bilər.

    Həyatın ölüm halından sığortası seqmentində də nəzərəçarpacaq artım müşahidə olunub. Bu yarımsinif üzrə haqlar 5.288 min manatdan 6.612 min manata yüksələrək 25% artıb. Ödənişlər isə 502 min manatdan 721 min manata çataraq 43,6% artım göstərib. Bu göstəricilər həm yeni müqavilələrin sayının artdığını, həm də sığorta hadisələrinin daha çox baş verdiyini əks etdirir.

    Əmək qabiliyyətinin itirilməsi üzrə sığorta sinfində yığımlar kəskin 47.1% artaraq 573 min manatdan 843 min manata yüksəlib. Bununla belə, ödənişlər 80 min manatdan 15 min manata düşərək 81,3% azalıb. Bu hal bazara yeni daxil olmuş müqavilələrin hələ ödəniş mərhələsinə çatmaması və ya sığorta hadisələrinin azalması ilə əlaqələndirilə bilər.

    Sağalmaz xəstəliklərdən sığorta isə ən sürətli böyüyən istiqamətlərdən biri kimi diqqət çəkir. Bu sahədə haqlar 588 min manatdan 961 min manata yüksələrək 63,4% artıb. Ödənişlər də artaraq 290 min manatdan  18.6% artaraq 344 min manata çatıb. Bu artımı əhalinin sağlamlıq risklərinə qarşı daha həssas yanaşması, fərdi maliyyə planlaşdırmasının güclənməsi və tibbi maarifləndirmənin artması ilə əlaqələndirilə bilər.

    Ümumilikdə, 2026-cı ilin ilk iki ayının nəticələri göstərir ki, həyat sığortası bazarı həm həcminə, həm də funksional roluna görə böyüməkdə  davam edir və maliyyə sektorunda uzunmüddətli yığım və sosial təminat aləti kimi əhəmiyyətini daha da artırır.

    Müəllif: Aynur Qəniyeva

     

     

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    “Atəşgah Həyat”ın İdarə Heyətinə yeni üzv təyin olunub

    05 Noyabr 2026

    İcbari Sığorta Bürosunun 15 illiyi münasibətilə Qusarda mediatur təşkil olunub

    02 Noyabr 2026

    İcbari Sığorta Bürosu beynəlxalq “Silver” akkreditasiyasına layiq görülüb

    29 Oktyabr 2026

    “PAŞA Həyat”ın gəlirləri 651 milyonu ötüb, xalis mənfəəti 2%-dən çox artıb, kapital buferi 30 %-dən çox azalıb

    27 Oktyabr 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.