19 noyabr axşamı bitkoinin qiyməti yeni rekorda “imza ataraq” 93 500 dolları keçib. GDP xəbər verir ki, Binance birjasında gecə saat 21:30-da bitkoinin qiyməti bir gün ərzində 2,82% artaraq 93 610,7 dollara yüksəlib. Bir qədər əvvəl isə bu rəqəm 93 699,26 dollara qədər çatmışdı.
CoinMarketCap saytının 20-dən çox birja üzrə hesablamalarına görə, bitkoinin qiyməti 2,84% artaraq 93 739 dollara çatıb.
Qeyd edilir ki, Binance-in icraçı direktoru Riçard Tenq Donald Trampın ABŞ prezident seçkilərində qələbəsini kriptovalyutaların “qızıl dövrü” kimi proqnozlaşdırıb.