Texnologiya şirkətləri maliyyə ilinin sonunda işdən çıxarmalara daha çox müraciət etməyə başlayıblar.
GDP xəbər verir ki,onlayn səyahət agentliyi Booking 6000 əməkdaşı (işçi heyətinin 25%-ni) ixtisar etmək niyyətindədir. Booking üçüncü rüb üzrə əməliyyat xərclərinin 13,6% artdığını açıqlayıb.
İşdən çıxarmaları elan edən ilk şirkət deyil. ABŞ-a köçən Perm startapı Miro işçi heyətinin təxminən 18%-ni – 300 nəfəri işdən azad edəcək.
Layoffs-un məlumatına görə, ABŞ-ın texnologiya sektorunda hər gün 780 əməkdaş işini itirir. Keçən il bu sahədə 263 min insan işsiz qalıb.