Axşam ticarətində neftin qiyməti yenidən artım tempinə düşüb.
Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin kotirovkaları Bakı vaxtı ilə saat 17:49-a kimi 0,67 dollar və ya 0,88% artaraq bir barel üçün 76,97 dollar olub.
Nyu-Yorkun əmtəə birjasında sentyabr ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti həmin vaxta qədər 0,72 dollar və ya 0,99% artaraq bir barelə görə 73,66 dollar olub.