Bazar ertəsi səhər neftin qiyməti qalxır.
GDP xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin qiyməti 0,38 dollar və ya 0,45% bahalaşaraq 85,38 dollar/barelə çatıb. Cümə günü Brent neftinin qiyməti 0,26 dollar və ya 0,3% artaraq 85 dollar/barelə çatıb. Əvvəlki ticarətin sonunda müddəti başa çatan avqust kontraktları həmin gün bir barel üçün 0,02 dollar bahalaşaraq 86,41 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin avqust fyuçerslərinin qiyməti 0,36 dollar və ya 0,44 bahalaşaraq bir barelə görə 81,9 dollar təşkil edib. İyunun 28-də müqavilənin qiyməti 0,2 dollar və ya 0,2% ucuzlaşaraq 81,54 dollar/barel olub.
Trending
- Elşən Kərimov: Təminat mexanizmi çərçivəsində ümumilikdə 173 zəmanət təqdim edilib
- Tapdıq Məmmədov: İpoteka krediti üçün müraciət edənlərin orta aylıq gəliri 1400 manat səviyyəsindədir
- Taleh Kazımov, İsveçrə Milli Bankının sədri ilə ortamüddətli pul siyasəti, maliyyə sabitliyi və rəqəmsal təşəbbüslər barədə geniş fikir mübadiləsi aparıb
- Rasim Abdullayev: Dövlət xətti ilə verilən ipoteka kreditlərindən 54,8 min şəxs faydalanıb
- Rasim Abdullayev: İpoteka Kredit Zəmanət Fondunun bu günə qədər yığdığı mənfəət 172,1 milyon manat həcmindədir
- İcbari Sığorta Bürosunun rəhbəri: “Xarici nəqliyyat vasitə sahibləri sərhədə gəlmədən online şəkildə sərhəd sığorta şəhadətnamələri əldə edə biləcəklər”
- İcbari Sığorta Bürosu və Əməyin Mühafizəsi Mərkəzi birgə təlimlər keçirir
- Hökumətlə Mərkəzi Bankın həyata keçirdiyi təşəbbüslər ölkənin reytinqinin yüksəlməsinə əhəmiyyətli töhfə verib