“PAŞA Bank” ötən il ərzində bir neçə rekordlara imza atıb
GDP xəbər verir ki, bunu “PAŞA Bank”ın 2023-cü ilin maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında bankın İdarə Heyətinin sədri Cavid Quliyev deyib.
O bildirib: “Mən qeyd etmək istəyirəm ki, 2023-cü il bizim üçün xüsusi bir il olub. “PAŞA Bank” ötən il ərzində bir neçə rekordlara imza atıb. O cümlədən bankımız rekord kredit portfelinə nail olub, rekord gəlirlər və ən vacibi rekord məbləğdə mənfəət ədə edib.”
Cavid Quliyev əlavə edib ki, bizim uğurumuz Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun uğuruna birbaşa bağlıdır. “Ona görə ki, “PAŞA Bank” korporativ bank olduğu üçün bizim əsas hədəfimiz qeyri-neft sektorunu dəstəkləməkdir.Gələn ay “PAŞA Bank” yaranmasının 17-ci yıldönümünü qeyd edəcək. Uzun illərdir bizimlə çalışan müəsissələrin ,firmaların, holdinqlərin inkişafı birbaşa “PAŞA Bank”ın da inkişafına bağlıdır.”