“PAŞA Bank” Qarabağdakı layihələrə təxminən 120 milyon manata yaxın kredit verib.
Bunu “PAŞA Bank”ın 2023-cü ilin maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında bankın İdarə Heyətinin sədri Cavid Quliyev deyib.
Bank rəhbəri bildirib: “Bu kreditlər infrastruktur və tikinti layihələrinə eyni zamanda Ağdamda zavodun tikintisinə kredit verilib. Eyni zamanda bir neçə layihəyə ” PAŞA Bank” zəmanət vasitəsilə dəstək göstərib”