Çinlə Rusiyanın yuandakı suveren istiqrazlarının buraxılması ilə bağlı 9 ildir davam edən danışıqlar dalana dirənib.
GDP xəbər verir ki, Maliyyə nazirinin müavini İvan Çebeskov bildirib ki, Moskva, hökumətə Çin valyutasını özü üçün məqbul şərtlərlə borc almağa imkan verəcək “depozitar körpü”nün yaradılması ilə bağlı Pekinlə hələ razılaşa bilməyib.
Onun sözlərinə görə, indiyədək Çin Rusiyaya yalnız Çin istiqrazlarının buraxılmasına icazə verir. Onlar Çinin daxili bazarında satılır və ondan kənarda pul çıxarmaq üçün Pekinin vermək istəmədiyi xüsusi icazə tələb olunur.