Çinin Qingdao şəhərində nəhəng neft platforması işə salınıb.
GDP xəbər verir ki, platformanın tikintisi təxminən 3 il davam edib, çəkisi 17 min tondur, hündürlüyü isə 24 mərtəbəli binanı üstələyir.
Platforma Səudiyyə Ərəbistanının şelfinə göndəriləcək. O, işlədiləcəyi ərazidə yerləşdirilməsi üçün təxminən 6,5 min dəniz mili qət etməli olacaq. Platforma eyniadlı Mərcan yatağının işlənməsi üçün nəzərdə tutulduğu üçün “Mərcan” adlandırılıb.
Bu nəhəng strukturun köməyi ilə ildə 24 milyon tondan çox neft və 7,5 milyard kubmetr qaz hasil etmək mümkün olacağı planlaşdırılır.