Citibank analitikləri 2025-ci ildə neftin qiymətinin bir barel üçün 60 dollara düşəcəyini proqnozlaşdırırlar.
GDP xəbər verir ki, Citibankın investorlar üçün analitik məlumatlarında, “Brent üçün 0-3 aylıq proqnozumuz 82 dollar/bareldir. Biz qiymətlərin dördüncü rübdə və 2025-ci ildə daha aşağı olacağını və 60 dollar/barel səviyyəsində qərarlaşacağını gözləyirik” ,-deyə qeyd olunub.
Bununla belə, Citibank mövsümi amillər və davam edən geosiyasi gərginliklər səbəbindən potensial yüksəliş riskləri ilə yaxın perspektivdə müəyyən dəyişkənlik gözləyir.
Neftin aşağı proqnozu, OPEC+-ın hasilatın azaldılmasına baxmayaraq, 2025-ci ilə qədər qlobal bazarda gözlənilən bolluqla bağlıdır. Citibank analitikləri tövsiyə edir ki, neft istehsalçıları potensial qiymət enişlərindən istifadə edərək “hedcinq” etsinlər və investorlar qısamüddətli qiymət artımlarını fürsət kimi qiymətləndirsinlər.