Co Bayden və ABŞ-ın seçilmiş prezidenti Donald Tramp 13 noyabr çərşənbə günü görüşəcəklər.
Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib ki, gedən və yeni prezidentlərin görüşü ənənəvi xarakter daşıyır.
Lakin Donald Tramp 2020-ci il prezident seçkilərində məğlub olduqdan sonra Co Baydeni görüşə dəvət etməmişdi.
Qeyd edək ki, ABŞ-da prezidentlərin görüşü uzun illərdir davam edən ənənədir və siyasi varislik prosesinin vacib elementidir.