ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, Ukraynada vəziyyətin daha da gərginləşməməsi üçün Rusiya prezidenti Vladimir Putinə zəng edib.
GDP xəbər verir ki, The Washington Post qəzetinin vəziyyətdən xəbərdar olan mənbələrə istinadən verdiyi məlumata görə, Tramp cümə axşamı Putinlə ilk telefon söhbətini aparıb.
Tramp söhbət zamanı Putinə müraciət edərək, Ukrayna münaqişəsinin daha da gərginləşməsindən çəkinməsini istəyib.
Trampın prezident seçilməsindən sonra Putinlə keçirdiyi bu ilk telefon söhbəti dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir. Söhbətin ətraflı detallarına dair məlumat verilməsə də, Trampın Ukrayna ilə bağlı müraciəti ABŞ-Rusiya münasibətlərində yeni mərhələnin başlaya biləcəyinə dair müxtəlif təhlillərə yol açıb.