“Mənim neft ixrac edən ölkələrə pis xəbərim var.Bizim neft ixracı və hasilatını kəskin artırmaq planlarımız var. Bu, ABŞ-ın enerji siyasətinin ən vacib prioritetlərindən biridir. Şübhəsiz ki, Bayden dövründə qəbul edilən LNG ixracına verilən lisenziyaların dayandırılması qərarı ləğv edilə bilər. Biz eyni zamanda qaz hasilatını və ixracını da artırmağı nəzərdən keçiririk. ABŞ enerji bazarında əsas oyunçu olmalıdır.”
GDP xəbər verir ki, bu açıqlama ilə Donald Trump, ABŞ-ın enerji siyasətindəki dəyişiklikləri və strateji hədəflərini açıqlayıb.
Trump, ABŞ-ın enerji sahəsindəki mövqeyini gücləndirmək və xarici bazarlarda daha çox təsir göstərmək üçün neft və qaz istehsalını artırmağı hədəfləyir. Bu addımların ABŞ-ın enerji müstəqilliyini daha da gücləndirəcəyi və qlobal bazarlarda rəqabət qabiliyyətini artıracağı gözlənilir.
Məlumat, ABŞ-ın gələcək enerji siyasətinin necə inkişaf edəcəyini və bunun qlobal enerji bazarına təsirini nəzərə alaraq, neft ixrac edən ölkələr üçün əhəmiyyətli dəyişikliklərə səbəb ola biləcəyini göstərir.