Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların məbləği 15270,0 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 1405,0 milyon manat və ya 10,1% çoxdur.
GDP Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, bu, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 4580,0 milyon manatı və ya 30,0 %-i neft sektorunun, 10690,0 milyon manatı və ya 70,0 %-i isə qeyri-neft sektorunun payına düşəcək.