2026-cı ilin yanvar-avqust aylarında dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 481,3 milyon manat təşkil edib.
GDP xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin dövlət və icmal büdcələrin 2026-cı ilin yanvar-avqust ayları üzrə icrasına dair məlumatında bildirilib.
Ümumilikdə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 26 milyard 486,5 milyon manat, xərcləri isə 22 milyard 770,6 milyon manat təşkil edib.

