2026-cı ilin yanvar-avqust aylarında Əmlak Məsələləri Dövlət Xidməti üzrə dövlət büdcəsinə daxilolmalar 37,7 milyon manat təşkil edib.
GDP xəbər verir ki, Maliyyə Nazirliyinin məlumatına görə, bu göstərici müəyyən edilmiş proqnozdan 7,3 milyon manat və ya 23,8 faiz çoxdur.
Hesabat dövründə dövlət büdcəsinin sair daxilolmaları isə 462,5 milyon manat təşkil edib. Bu istiqamətdə proqnoz 77,1 milyon manat və ya 20 faiz üstələnib.

