2024-cü ilin yanvar-iyun ayları ərzində manatla pul bazasının struktur elementi olan dövriyyədəki nağd pulun həcmi 0.4%, manatla müxbir hesabların qalığı isə 10.4% azalmışdır.
GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul Siyasəti İcmalı”nda məlumat verilib.
Məlumata görə, Manatla geniş mənada pul kütləsinin manatla pul bazasına nisbəti ilin əvvəlinə nisbətən 1.6% artaraq 1.72 təşkil edib.