Elon Musk OpenAl və Sam Altmanı yenidən məhkəməyə verir
GDP xəbər verir ki,milyarder OpenAl-a qarşı iddiasını təzələyib, onun təsisçiləri Sam Altman və Greg Brockmanı şirkətin təhlükəsiz süni intellekt texnologiyaları yaratmaq kimi ilkin missiyasını pozmaqda ittiham edib.
Musk təhlükəsizlik və şəffaflıq vədləri ilə manipulyasiya edildiyini iddia edir, lakin reallıqda zəmanətlərin yalan olduğu üzə çıxıb. Şimali Kaliforniyada açılan yeni iddia Muskın iyun ayında geri götürdüyü əvvəlki iddiadan daha ciddi görünür.
O, həmçinin OpenAl-ı federal reket qanunlarını pozmaqda günahlandırır və Microsoft ilə müqaviləsinin süni ümumi intellektə (AGI) nail olduqdan sonra şirkətin texnologiyalarına olan hüquqlarını pozduğunu bildirir.