Əmək haqqı kartı verildikdə ödəniş hesabı yəni cari hesabın açılması zəruridir? sualında “Ödəniş əməliyyatlarının apaırlmasına və ödəniş alətlərinə dair Qayda”da adınlıq gətirilib.
GDP xəbər verir ki, “Ödəniş əməliyyatlarının apaırlmasına və ödəniş alətlərinə dair Qayda”nın 10-1-ci bəndinə əsasən: 10.1. Bu Qaydanın 10.2-ci bəndi nəzərə alınmaqla, kartın emissiyası emitent tərəfindən Mərkəzi Bankın İdarə Heyətinin 4 fevral 2022-ci il tarixli 04/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”na əsasən ödəniş xidməti istifadəçisinə ödəniş hesabının (cari hesabın) açılması ilə həyata keçirilir.
Kart (ödəniş kartı) dedikdə, nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən fiziki və ya virtual ödəniş aləti nəzərdə tutulur.