Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda keçirilən Türkiyə-ABŞ İş Şurasının tədbirində bildirib ki, ABŞ Türkiyənin ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) tədarükçüsünə çevrilib və Ankara bu sektorda uzunmüddətli razılaşmalar əldə etməyə çalışır.
GDP xəbər verir ki,tədbir zamanı Ərdoğan ABŞ-ın mövcud ticarət məhdudiyyətlərinə də toxunub.“Əlavə gömrük rüsumları, dəmir, polad və alüminium sektorlarında CAATSA sanksiyaları kimi birtərəfli tədbirlər və məhdudiyyətlər aradan qaldırılmalıdır” deyə qeyd edib.