Türkiyə bu ilin sonuna kimi 60 milyon turist qəbul etməyi gözləyir
GDP xəbər verir ki,bunu Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“2024-cü ilin sonuna kimi ölkəmizə gələn turistlərin sayı 35 milyona çatıb, 60 milyon turist və 60 milyard dollar turizm gəliri əldə etmək hədəfimizi qoruyuruq”, – deyə Türkiyə prezidenti bildirib.
Ərdoğan xatırladıb ki, ötən il Türkiyəyə 56,7 milyon turist gəlib, turizm gəlirləri isə 56 milyard dollar təşkil edib.
2023-cü ildə Türkiyəyə səfərlərin sayına görə birinci yeri Rusiya Federasiyası vətəndaşları tutub, onu 6,3 milyon insan ziyarət edib.