Dünyanın ən böyük neft şirkətləri olan Exxon, Chevron, Shell və BP neftin qiymətlərinin aşağı düşməsinə baxmayaraq hasilatı artırırlar.
GDP xəbər verir, Bloomberg-in məlumatına görə, bu artım OPEK-in dünya bazarına neft tədarükünün artırılmasını müzakirə etdiyi dövrə təsadüf edir.
ExxonMobil şirkəti Pioneer Natural Resources Co.-nu alması nəticəsində neft və qaz hasilatını illik müqayisədə 24% artırıb. Chevron şirkəti hasilatını 7% yüksəldib. Shell və BP şirkətləri isə hasilatlarını müvafiq olaraq 4% və 2% artırıblar.
Bu artımlar neft bazarında təklifin artmasına və qiymətlərə təzyiqin davam edə biləcəyinə işarə edir.