ExxonMobil qlobal neft tələbinin 2050-ci ilə qədər demək olar ki, dəyişməyəcəyini bildirib və qalıq yanacaqlara investisiyaların azaldılmasına yönəlik hər hansı addımın enerji qiymətlərində yeni şoka səbəb olacağı barədə xəbərdarlıq edib.
GDP xəbər verir ki, neftə tələbat növbəti 25 il ərzində gündə 100 milyon bareldən yuxarı qalacaq ki, bu da enerji keçidinin dünyanın qalıq yanacaqlara olan susuzluğunu cilovlaya bilməyəcəyini göstərir.