Beynəlxalq reytinq agentliyi Fitch Ratings tərəfindən Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun xarici və yerli valyutada uzunmüddətli reytinqi “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəldilib.
GDp xəbər verir ki, Fitch-in mövqeyi fondla dövlət arasında möhkəm əlaqələrin olması, onun əlverişli mənzillə təmin edilməsi, kiçik və orta biznesin maliyyələşdirilməsinin asanlaşdırılması yolu ilə biznes mühitinin inkişafında mühüm strateji əhəmiyyət kəsb etməsi ilə bağlıdır.