Rusiyada Forbesin siyahısına yeni qadın milyarder düşüb.
GDP xəbər verir ki, Uralsib Bankın əsas səhmdarı Lyudmila Koqandanın sərvəti 1 milyard dolları ötdüyü üçün Forbes jurnalı onu rus qadın milyarderlərin siyahısına salıb.
Məlumata görə ona, bankın səhmlərini 2019-cu ildə vəfat edən ərindən miras qalıb. Koqan Rusiyanın 20 ən varlı qadını reytinqində altıncı yeri tutub. Siyahıya yenə Wildberries-in yaradıcısı Tatyana Bakalçuk 5,5 milyard dollar sərvətlə rus qadın milyarderlərin siyahısına başçılıq edir.