Fransa Polymarket platformasını qadağan etmək qərarına gəlib – səbəb treyderlərin Trampın qələbəsinə mərc qoyaraq 45 milyon dollar qazanması olub
GDP xəbər verir ki, Polymarket siyasi və iqtisadi hadisələrə mərc qoymağa imkan verən platformadır və ABŞ seçkiləri zamanı onun populyarlığı xeyli artıb.
Fransa hakimiyyət orqanları Polymarket-in qumar oyunları haqqında qanunvericiliyə uyğunluğunu yoxlamaq üçün araşdırmaya başlayıb.
Məsələ ilə bağlı Fransanın Maliyyə Bazarlarına Nəzarət Qurumu tərəfindən aparılan araşdırma çərçivəsində platformanın fəaliyyətinin qanuniliyinin hərtərəfli təhlili aparılır.
Qeyd edək ki, bu cür platformalar vasitəsilə istifadəçilər müxtəlif siyasi və iqtisadi hadisələrin nəticələrinə dair proqnozlar verərək mərc edə bilirlər.