Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Azərbaycan Banklar Assosiasiyası bu gün birgə mətbuat konfransı keçiriblər.
ASA-dan GDP-yə verilən məlumata görə, konfransda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyat sığortalarına gətirilən yeni tənzimləyici qaydalara aydınlıq gətirilib.
Tədbirdə Azərbaycan Sığortaçılar Assosiasiyasının və Azərbaycan Banklar Assosiasiyasının rəhbərlikləri, habelə bank və sığorta şirkətlərinin rəhbər nümayəndələri tərəfindən həyata keçirilən yeniliyin vətəndaşyönümlü əhəmiyyəti barədə məlumat verilib.
Müvafiq dəyişikliklərin növbəti dövrdə istehlak krediti götürən fiziki şəxslərin həyat risklərinə qarşı sığorta təminatının sürətlə genişlənəcəyinə əminlik ifadə edilib.
Açıqlanıb ki, bu yenilik ilə istehlak krediti götürmək istəyən müxtəlif əhali qruplarının onlara daha əlverişli şərtlərlə təklif ediləcək həyat sığortasına əlçatanlığını təmin edəcək.