Azərbaycanın sığorta sistemində mühüm rol oynayan “İcbari Sığorta Bürosu” (İSB) bu gün fəaliyyətinin 13-cü ildönümünü qeyd edir.
GDP xəbər verir ki, 2011-ci il noyabrın 29-da Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçən İSB, ölkədə icbari sığorta sisteminin inkişafına əhəmiyyətli töhfələr verməkdədir.
Qeyri-kommersiya təşkilatı kimi fəaliyyət göstərən İSB-nin əsas məqsədi zərərçəkən sığorta olunanların və üçüncü şəxslərin maraqlarının müdafiəsi, habelə icbari sığorta sisteminin sabitliyinin təmin edilməsidir.
Hazırda İSB 5 əsas sığorta növünün tənzimlənməsini həyata keçirir:
- Daşınmaz əmlakın icbari sığortası
- Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası
- Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası
- Sərnişinlərin icbari fərdi qəza sığortası
- İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta
Təşkilat rəqəmsallaşma vasitəsilə sığorta sisteminin daha da təkmilləşdirilməsini və beynəlxalq standartlara uyğunlaşdırılmasını prioritet hesab edir.