Azərbaycan Sənaye Sığorta ASC-nin Müşahidə Şurasına yeni sədr təyin olunub.
GDP xəbər verir ki, İcbari Sığorta Bürosunun keçmiş rəhbəri Rəşad Əhmədov bu vəzifəyə təyinat alıb.
Qeyd edək ki, Rəşad Əhmədov Türkiyənin Anadolu Universitetinin məzunudur. Beynəlxalq iqtisadiyyat üzrə fəlsəfə doktorudur (PhD). O, 2007-ci ilin oktyabr ayından 2016-cı ilin may ayına qədər “Azərbaycan Sənaye Sığorta” şirkətinin İdarə Heyətinin sədri, 2016-2018-cillərdə isə “Alliance Capital AŞ” şirkətində İdarə Heyətinin sədri olub. Yeni təyinatına qədər R.Əhmədov “Azərbaycan Sənaye Sığorta” şirkətində Direktorlar Şurasının üzvü olub.