Tesla və SpaceX-in qurucusu İlon Maskın Donald Trumpın seçki kampaniyasına yatırdığı sərmayə gözlənilməz şəkildə yüksək gəlir gətirib.
GDP xəbər verir ki, CNBC-nin məlumatına görə, biznesmen kampaniyaya 130 milyon dollar yatırım edib və bu investisiya 540 dəfə gəlir gətirib.
Tesla səhmlərinin son günlərdəki 40%-lik artımı nəticəsində Maskın şəxsi sərvəti təxminən 70 milyard dollar artıb. Bu artım onu dünyanın ən varlı ikinci insanı olan Oracle-ın həmtəsisçisi Larri Ellisondan 90 milyard dollar irəli çıxarıb. Hazırda Trampın əsas müttəfiqi sayılan Maskın ümumi aktivləri 320 milyard dollar səviyyəsindədir.
Bundan əlavə, Maskın dəstəklədiyi Dogecoin (DOGE) kriptovalyutası son günlərdə 47% artaraq bazar dəyərini 62 milyard dollara çatdırıb. Bu göstərici ilə DOGE avtomobil nəhəngləri Ford və General Motors şirkətlərinin bazar dəyərini üstələyib.
Bu nəticələr İlon Maskın həm siyasi, həm də biznes sahəsindəki təsirinin əhəmiyyətli dərəcədə artdığını göstərir.