Milyarder İlon Maskın formalaşdırdığı komitə avqustdan ABŞ prezidentliyinə namizəd Donald Trampın təşviqatına 30 milyon dollar xərcləyib.
GDP xəbər verir ki, “The Washington Post” qəzeti yazdığına görə, son həftələr qrupun işi respublikaçı və demokratların dəstəyi təxminən eyni olan ştatlar üzərində fokuslanıb.
Daha əvvəl Mask Tramp administrasiyasında işləməyə marağını bildirib. Elə Donald Tramp da onu komandasına cəlb etməyə hazır olduğunu açıqlayıb.