2024-cü ilin yanvar -oktyabr ayı ərzində iqtisadiyyata verilmiş kreditlər 25450.0 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 6.8% artımın göstərisidir.
GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.
Hesabata görə, sözügedən dövr ərzində pul kütləsi (M2) 2024-cü ilin 10 ayı ərzində 44926.8 milyon manat olmuşdur ki, 2023-cü ilin uyğun dövrü ilə müqayisədə 9.5% artım göstərir. Bu, monetar siyasətin genişlənməsi və iqtisadi dövriyyədə pulun artan dövranını əks etdirir.