Son hesabatlar göstərir ki, İranla bağlı hərbi münaqişə dünya bazarlarının ümumi dəyərini 12 trilyon dollar azaldıb.
GDP xəbər verir ki, bu rəqəm Almaniya, Yaponiya və Böyük Britaniya iqtisadiyyatlarının cəmindən də çoxdur.
Ekspertlər qeyd edir ki, geosiyasi gərginlik, neft qiymətlərindəki kəskin dalğalanmalar və tədarük zəncirlərində yaranan fasilələr qlobal iqtisadiyyata ağır zərbə vurub. İtkilər əsasən enerji bazarları, sərmayə axını və beynəlxalq ticarət mexanizmlərində özünü göstərib.

