İtaliya Azərbaycana ərzaq məhsulları və içkilərin tədarükünü artırmağı hədəfləyir.
GDP xəbər verir ki, iyunun 19-da İtaliya Ticarət Agentliyinin Bakı ofisi İtaliyanın Azərbaycandakı səfirliyi ilə birgə Made in Italy brendi altında qida və şərab sektorunda məhsulların təşviqi məqsədilə silsilə tədbirlər təşkil edib.
Bu tədbirlərin bir hissəsinə yeyinti və şərab sənayesində fəaliyyət göstərən 13 İtaliya şirkətinin Azərbaycana səfəri, əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə Bakıda onlar üçün ikitərəfli görüşlərin təşkili daxildir.
Səfir bəyan edib ki, bugünkü tədbirlərin məqsədlərindən biri Azərbaycan ilə qida və içkilər sahəsində əlaqələri gücləndirmək və bu malların Azərbaycan bazarına idxalını artırmaqdır.
“İtaliya ixracının strukturunda ərzaq və içkilərin ixracı əsas yerlərdən birini tutur. Azərbaycana içki və qida məhsullarının ixracının artımı 13% təşkil edib, lakin biz bu göstəricini artırmağa yönəlmişik”, – diplomat bildirib.
O, həmçinin Azərbaycanla əməkdaşlığın İtaliya tərəfi üçün vacib olduğunu qeyd edib.
“Biz əlaqələri inkişaf etdirmək üçün bir sıra beynəlxalq tədbirlərdən istifadə edəcəyik, o cümlədən noyabrda Bakıda keçiriləcək COP29”.
Trending
- Xəyaləddin Tağıyev: “Maliyyə xidmətlərində növbəti mərhələ intellektual maliyyədir”
- Layihənin görünməyən tərəfi- Toğrul Xəlilov yazır
- PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
- Dövlətin gəlir və xərclərinin idarə olunmasında yeniliklər olacaq– Sahil Babayev tapşırıqlar verdi
- Azərbaycanda kart fırıldaqçılığının həcmi 74,91% artaraq 5 milyon manatı ötüb
- PAŞA Bankın Baş Maliyyə İnzibatçısı Murad Süleymanov: “Layihələrin maliyyələşməsi ölkəyə, layihəyə və əməkdaşlığa inamdan irəli gəlir”
- “PashaPay”in keçmiş biznes üzrə baş direktoru “Innovance Consultancy”nin Azərbaycan üzrə direktoru təyin edilib
- “Rabitəbank” virtual oyunlar üzrə ödənişləri mobil tətbiqinə inteqrasiya etməyi planlaşdırır-Baş direktordan açıqlama

