İtaliya Azərbaycana ərzaq məhsulları və içkilərin tədarükünü artırmağı hədəfləyir.
GDP xəbər verir ki, iyunun 19-da İtaliya Ticarət Agentliyinin Bakı ofisi İtaliyanın Azərbaycandakı səfirliyi ilə birgə Made in Italy brendi altında qida və şərab sektorunda məhsulların təşviqi məqsədilə silsilə tədbirlər təşkil edib.
Bu tədbirlərin bir hissəsinə yeyinti və şərab sənayesində fəaliyyət göstərən 13 İtaliya şirkətinin Azərbaycana səfəri, əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə Bakıda onlar üçün ikitərəfli görüşlərin təşkili daxildir.
Səfir bəyan edib ki, bugünkü tədbirlərin məqsədlərindən biri Azərbaycan ilə qida və içkilər sahəsində əlaqələri gücləndirmək və bu malların Azərbaycan bazarına idxalını artırmaqdır.
“İtaliya ixracının strukturunda ərzaq və içkilərin ixracı əsas yerlərdən birini tutur. Azərbaycana içki və qida məhsullarının ixracının artımı 13% təşkil edib, lakin biz bu göstəricini artırmağa yönəlmişik”, – diplomat bildirib.
O, həmçinin Azərbaycanla əməkdaşlığın İtaliya tərəfi üçün vacib olduğunu qeyd edib.
“Biz əlaqələri inkişaf etdirmək üçün bir sıra beynəlxalq tədbirlərdən istifadə edəcəyik, o cümlədən noyabrda Bakıda keçiriləcək COP29”.
Trending
- ABŞ fond bazarında bir gündə 1,1 trilyon dollar itki qeydə alınıb
- Rabitəbankda yeni təyinat!
- İnflyasiyada sabitlik: göstərici 5,6% səviyyəsində qalıb
- Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
- BP yeni ikiseqmentli biznes strukturuna keçəcək
- Vüsal Xəlilov: “Süni intellekt məhsul yaradılmasını əhəmiyyətli dərəcədə sürətləndirib”
- Vüsal Xəlilov: “Bu gün maliyyə sektorunun əsas çağırışları artan xərclər və dələduzluqdur”
- Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

