8 iyul 2024-cü il, saat 11.00-da, “Kapital Bank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
GDP xəbər verir ki, yığıncaq Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 2E nömrəli ünvanda yerləşən bankın ofisində (3-cü mərtəbə, iclas zalı) ünvanında olacaq.
Məlumata görə, səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilib
I. “Kapital Bank” ASC tərəfindən 2023-cü ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi. ,
II. Bankın müşahidə şurasının sədri Rövşən Allahverdiyev və müşahidə şurasının üzvü Fərid Məmmədovla əmək müqaviləsinin bağlanması.