«Kapital Bank»ın xalis mənfəətinin azalması mövsümi məsələlərlə və davamlı investisiyalarla bağlı ola bilər.
GDP xəbər verir ki, bunu «Kapital Bank»ın 2023-cü ilin yekunları və yeni strateji dövrə dair mətbuat konfrasında Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Emin Məmmədov bankın 2024-cü ilin ilk rübündə xalis mənfəətinin azalmasına aydınlıq gətirərkən deyib.
O bildirib: «Burda vacib məsələlərdən biri bayaq qeyd olunduğu kimi «Kapital Bank» kifayət qədər rəqəmsallaşmaya ,müştəri xidmətlərinin keyfiyyətinin artırılmasına investisiyalar qoyur.Bu xərclər daha çox investisya xarakterlidir bu investisiyaların gəlirlərini gələcək dövrlərdə daha çox görəcəyik.»
Müəllif:Aynur Qəniyeva