2024-cü ilin 1-ci rübündə Tədiyə balansının kapital və maliyyənin hərəkəti hesabında 1.6 milyard dollarlıq kəsir yaranıb.
GDP xəbər verir ki, bunu “Tədiyə balansının açıqlamasına dair brifinq”də Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika Departamentinin rəhbəri Samir Nəsirov deyib.
Departament rəhbəri kəsirin yaranma səbəbi kimi ölkəmizin xarici maliyyə öhdəliklərinin ödənilməsini göstərib.