Türkiyədə 7 000 lirədən (205 dollar) artıq alış-verişin nağd ödənilməsi qadağan oluna bilər.
GDP xəbər verir ki, bu barədə NTV kanalında məlumat yayımlanıb.
“Gəlirlər idarəsinin təklif etdiyi bu dəyişiklik qüvvəyə minərsə, 7 000 lirədən artıq bütün alış-veriş poçt bölmələri, bank və vasitəçi şirkətlər üzərindən ödənilməli olacaq”, – deyə NTV kanalı bildirib.
Yenilik qəbul edilsə, onun pozulmasına görə alıcı 5 000 lirə (150 dollar) cərimə ödəməli olacaq.