Kredit və maliyyə risklərinin sığortası
Kredit sığortası üzrə haqlar 2 877,54 min manatdan 3 189,59 min manata yüksəlmiş, 312,04 min manat və ya 10,84% artmışdır.
GDP Mərkəzi Banka istinadən xəbər verir ki, bu seqmentdə ödənişlər isə 47,24 min manatdan 33,61 min manata enmiş, 13,64 min manat və ya 28,86% azalmışdır. Kredit sığortası daxilində kreditlərin sığortası üzrə göstəricilər də eyni olmuşdur: haqlar 312,04 min manat və ya 10,84% artmış, ödənişlər 13,64 min manat və ya 28,86% azalmışdır.
Qarışıq maliyyə risklərinin sığortası üzrə haqlar 474,51 min manatdan 553,63 min manata yüksələrək 79,13 min manat və ya 16,68% artmışdır. Bu kateqoriya üzrə hər iki dövrdə ödəniş qeydə alınmamışdır. Bu göstəricinin tərkibində olan işin dayanması ilə bağlı risklərdən sığorta üzrə də haqlar 474,51 min manatdan 553,63 min manata yüksəlmiş, 79,13 min manat və ya 16,68% artmış, ödənişlər isə sıfır səviyyəsində qalmışdır.
Müxtəlif: Aynur Qəniyeva

