Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) illik inflyasiyanın hədəf intervalı daxilində qalmaqda davam etdiyini açıqlayıb.
GDP xəbər verir ki, Mərkəzi Bankın məlumatında bildirilir ki, son iki ay ərzində inflyasiyanın dinamikasında azalma meyli müşahidə olunur. 2025-ci ilin dekabr ayında 12 aylıq inflyasiya 5,2% təşkil edib.
Qiymətlər illik əsasda qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,4%, ödənişli xidmətlər üzrə 5,7%, qeyri-qida məhsulları üzrə isə 2,5% artıb.
Hesabat dövründə illik baza inflyasiyası 4,8% səviyyəsində olub ki, bu da inflyasiyanın qalıcı hissəsinin hədəfə yaxın olduğunu göstərir.
AMB qeyd edir ki, faktiki inflyasiya əsasən xarici və daxili xərc amillərinin təsiri altında formalaşır. Bu amillər qlobal qiymət dəyişiklikləri, idxal xərcləri və daxili iqtisadi şəraitlə bağlıdır

