Azərbaycan Mərkəzi Bankının (AMB) 2023-cü ildə balans kapitalı 1,6 dəfə artaraq 1 milyard 554,215 milyon manata çatıb.
GDP “AMB-nin 2023-cü ilə dair konsolidasiya olunmuş maliyyə hesabatları“na istinadən xəbər verir ki,ötən il Mərkəzi Bakın nizamnamə kapitalı isə 500 milyon manat rəqəmində dəyişməz olaraq qalıb. Beləliklə, AMB 2023-cü ili 349,113 milyon manat xalis mənfəətlə başa vurub.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı 2022-ci ili zərərlə başa vurmuşdu.