Məhəmməd Məhərrəmli İcbari Sığorta Bürosunun Risklərin İdarə Edilməsi Komitəsinin sədri təyin edilib.
GDP xəbər verir ki,o, bu vəzifəni Mərkəzi Bankdakı əsas vəzifəsi – Risk İdarəetmə Departamentinin direktoru olaraq fəaliyyəti ilə paralel həyata keçirəcək.
Məhəmməd Məhərrəmli risk idarəetmə sahəsində zəngin təcrübəyə malikdir. O bank sahəsində peşəkar karyerasına 2014-cü ildə Beynəlxalq Bankda (ABB) Baş Risk Analitiki kimi başlayıb. Burada o, 3 il 7 ay ərzində bazar və likvidlik risklərinin idarə edilməsi, portfel təhlili, Stress Testlər və Value-at-Risk (VaR) metodlarından istifadə, həmçinin Bazel tələblərinə uyğun risk çərçivələrinin işlənib hazırlanması ilə məşğul olub.
Daha sonra o, PAŞA Bank-da Bazar Riskləri Departamentinin rəhbəri, AccessBank Azərbaycan-da isə Risk İdarəetmə Departamentinin direktoru kimi yüksək vəzifələrdə çalışıb. 2023-2024-cü illərdə Mərkəzi Bankın Sədrinin Məsləhətçisi vəzifəsində işləyən Məhərrəmli, 2024-cü ilin may ayından etibarən Azərbaycan Mərkəzi Bankının Risk İdarəetmə Departamentinin direktoru vəzifəsini icra edir.
Müəllif: Aynur Qəniyeva

