Azərbaycan Mərkəzi Bankı (AMB) Xədicə Rəhimlinin sığorta agenti fəaliyyəti üzrə lisenziyasını ləğv edib.
GDP xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın İdarə Heyəti 13 oktyabr 2026-cı il tarixində qərar qəbul edib.
Qərara əsasən, Rəhimli Xədicə Tərlan qızına 7 avqust 2015-ci il tarixində verilmiş 080682 nömrəli sığorta agenti lisenziyası ləğv olunub.
AMB-nin məlumatına görə, buna səbəb lisenziyanın qüvvəsinin dayandırılmasına əsas vermiş halların müəyyən edilmiş müddətdə aradan qaldırılmamasıdır.
Qərar “Sığorta fəaliyyəti haqqında” Qanunun 107.1.2-ci maddəsinə əsasən qəbul edilib.
Qeyd edək ki, Mərkəzi Bank lisenziyanın qüvvəsinin ilkin olaraq hansı səbəbdən dayandırıldığını və aşkar edilmiş pozuntuların xarakterini açıqlamayıb.

