Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən, “Confident 2024” MMC-yə sığorta agenti fəaliyyəti üçün lisenziya verilib.
GDP xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayımlayıb.
Bununla da sığorta agenti kimi lisenziyası olan hüquqi şəxslərin sayı 53-ə yüksəlib.
“Confident 2024” MMC bu ilin aprel ayında dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Gülşən Əsgərova Cəbrayıl qızıdır. Onun nizamnamə kapitalı 10 manatdır.