Mərkəzi Bankın əməkdaşları 5-8 iyun tarixlərində Astana şəhərində Qazaxıstan Milli Bankı ilə əməkdaşlıq çərçivəsində görüşlər keçirib.
GDP xəbər verir ki, bu barədə Mərkəzi Bankın tədqiqat departanmentinin əməkdaşı Hikmət Vəlirzayev məlumat verib.
O bildirib: “5-8 iyun tarixlərində Astana şəhərində Qazaxıstan Milli Bankı ilə əməkdaşlıq çərçivəsində həmkarlarım Aygün Qarayeva və Nəzrin Ramazanova ilə birlikdə görüşlərdə iştirak etdik.”
Hikmət Vəlirzayev görüşlərdə müzakirə edilən mövzular barədə qeyd edib: “Görüşlər zamanı mərkəzi banklarda makroiqtisadi təhlil və proqnozlaşdırma, bank sistemində likvidliyin təhlili, gəlirlilik əyrisinin qiymətləndirilməsi və bir sıra məsələlər ətrafında müzakirələr apardıq. Müzakirələrin nəticəsi olaraq qarşılıqlı bilik və təcrübə mübadiləsi etdik. Bütün bunların gələcəkdəki işlərimizdə əhəmiyyətli töhfəsinin olacağına inanırıq”