Azərbaycan Respublikasının Mərkəzi Bankı sədri Taleh Kazımov, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
GDP xəbər verir ki, görüşdə 2025-2029-cu illər üçün nəzərdə tutulan Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin əsas istiqamətləri, hazırda həyata keçirilən layihələrin vəziyyəti və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Tərəflər, Azərbaycanın iqtisadi inkişafına dəstək və regional iqtisadi stabilliyin gücləndirilməsi istiqamətində qarşılıqlı maraqlı olan sahələr üzrə fikir mübadiləsi aparıblar.