Close Menu
    What's Hot

    Manatın dövretmə sürəti və daxili likvidlik azalıb, əhali və biznes pulu yığmağa üstünlük verib-Azərbaycanda pul siyasətində nə dəyişib?

    03 Aprel 2026

    İrak neft oyunundan çıxdı və ixracı dayandırdı

    03 Aprel 2026

    “Rabitəbank” 4 nominasiya üzrə “Bankçılıq mükafatları – 2025”in qalibi olub

    02 Aprel 2026
    Trending
    • Manatın dövretmə sürəti və daxili likvidlik azalıb, əhali və biznes pulu yığmağa üstünlük verib-Azərbaycanda pul siyasətində nə dəyişib?
    • İrak neft oyunundan çıxdı və ixracı dayandırdı
    • “Rabitəbank” 4 nominasiya üzrə “Bankçılıq mükafatları – 2025”in qalibi olub
    • Türkiyə Mərkəzi Bankı ABŞ-la İran arasında müharibə başlayandan sonra 120 ton qızıl satıb
    • Ödəniş kartlarının sayı 191 min ədəd artıb
    • Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv olunub
    • Mərkəzi Bankın valyuta ehtiyatları 43 milyon dollara yaxın artıb
    • Azərbaycan və Qazaxıstan limanlarda birgə dibdərinləşdirmə layihəsi həyata keçirəcək
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      “Rabitəbank” 4 nominasiya üzrə “Bankçılıq mükafatları – 2025”in qalibi olub

      02 Aprel 2026
      Recent

      “Rabitəbank” 4 nominasiya üzrə “Bankçılıq mükafatları – 2025”in qalibi olub

      02 Aprel 2026

      Türkiyə Mərkəzi Bankı ABŞ-la İran arasında müharibə başlayandan sonra 120 ton qızıl satıb

      02 Aprel 2026

      Ödəniş kartlarının sayı 191 min ədəd artıb

      02 Aprel 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      İnvestisiya Şirkətinin rəhbərliyinə təyinat olub

      19 Mart 2026

      Mərkəzi Bank “Paşa Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsini cərimə edib

      18 Mart 2026

      Bakı Fond Birjası: “Monetar siyasətin yumşaldılması gəlirlilik əyrisinin aşağı enməsinə səbəb olub”

      13 Mart 2026

      Pərvanə Qasımova “CFİ Financial İnvestisiya Şirkəti” QSC ilə yanaşı bu investsiya fonduna da direktor təyin olunub

      12 Mart 2026

      Bazarlarda səhmlər düşüb, neft və alüminium yüksəlib

      02 Aprel 2026

      Bazarlarda qarışıq mənzərə: Səhmlər və əmtəələr yüksəlir, dollar dəyər itirir

      01 Aprel 2026

      Azərbaycan neftinin qiyməti son 4 ilin rekordunu yenilədi

      31 Mart 2026

      Əmtəə və maliyyə bazarlarında son vəziyyət

      31 Mart 2026

      ​Polymarket platformasında texniki boşluq treyderə 600 min dollar qazandırdı

      30 Mart 2026

      Bitcoin istehsal edən saat yaradıldı

      16 Mart 2026

      Kriptovalyuta bazarında böyük itkilər: aparıcı fondların portfelləri milyardlarla dollar zərərdədir

      06 Fevral 2026

      Strategy fondu çökür: Bitcoin investorları 80%-dən çox zərərdə

      03 Dekabr 2025

      Bazarlarda səhmlər düşüb, neft və alüminium yüksəlib

      02 Aprel 2026

      Bazarlarda qarışıq mənzərə: Səhmlər və əmtəələr yüksəlir, dollar dəyər itirir

      01 Aprel 2026

      Azərbaycan neftinin qiyməti son 4 ilin rekordunu yenilədi

      31 Mart 2026

      Əmtəə və maliyyə bazarlarında son vəziyyət

      31 Mart 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Azərbaycan və Qazaxıstan limanlarda birgə dibdərinləşdirmə layihəsi həyata keçirəcək

      02 Aprel 2026
      Recent

      Azərbaycan və Qazaxıstan limanlarda birgə dibdərinləşdirmə layihəsi həyata keçirəcək

      02 Aprel 2026

      WUF13 çərçivəsində keçiriləcək “Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadılıb

      01 Aprel 2026

      Milli CERT: 12 mindən çox vətəndaşa qarşı genişmiqyaslı fişinq kampaniyası aşkar edilib

      01 Aprel 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Digər » Manatın dövretmə sürəti və daxili likvidlik azalıb, əhali və biznes pulu yığmağa üstünlük verib-Azərbaycanda pul siyasətində nə dəyişib?
    Bloq yazıları

    Manatın dövretmə sürəti və daxili likvidlik azalıb, əhali və biznes pulu yığmağa üstünlük verib-Azərbaycanda pul siyasətində nə dəyişib?

    03 Aprel 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2025-ci ilin dekabr və 2026-cı ilin fevral ayları ərzində Azərbaycan bank sektorunun xalis xarici aktivlər 25 844,2 mln. manatdan 26 516,7 mln. manata yüksələrək 672,5 mln. manat və ya 2,60% artım nümayiş etdirmişdir. Bu artımın əsas hissəsi dekabr-yanvar dövründə formalaşmış və həmin mərhələdə göstərici 803,4 mln. manat və ya 3,11% yüksəlmişdir. Fevral ayında isə əksinə 30,9 mln. manat və ya 0,49% azalma müşahidə olunmuşdur. Bu dinamika göstərir ki, xarici sektor ümumilikdə güclənmiş, xarici valyuta daxilolmaları artmışdır. Lakin son mərhələdə müəyyən sabitləşmə və ya korreksiya baş vermişdir ki, bu da dövlətin xarici ödənişlərinin (borc ödənişləri, idxal xərcləri və s.) artması, Mərkəzi Bankın valyuta satışı etməsi və ya xarici aktivlərin bir hissəsinin daxili bazara yönəldilməsi ilə əlaqədar ola bilər.

    Bunun əksinə olaraq, xalis daxili aktivlər 24 016,1 mln. manatdan 22 599,3 mln. manata enərək 1 416,8 mln. manat və ya 5,90% azalmışdır. Bu azalma əsasən dekabr–yanvar mərhələsində baş vermiş və həmin dövrdə göstərici 2 477,5 mln. manat və ya 10,3% geriləmişdir. Fevral ayında isə vəziyyət qismən yaxşılaşmış və 1 061,7 mln. manat və ya 4,93% artım qeydə alınmışdır. bu fevralda dövlət xərclərinin artması, Mərkəzi Bankın siyasətini qismən yumşaltması və ya bank sisteminə yeni likvidlik daxil olması ilə bağlı ola bilər. Ümumilikdə isə bu dəyişikliklər daxili maliyyə mənbələrinin müvəqqəti zəiflədiyini, lakin sonradan müəyyən bərpa prosesinin başladığını göstərir.

    İqtisadiyyata tələblərdə daha sabit dinamika qeydə alınıb. Belə ki, bu göstərici 29 592,5 mln. manatdan 29 666,3 mln. manata yüksələrək 73,8 mln. manat və ya 0,25% artıb. Bu, kredit bazarında nə ciddi canlanma, nə də azalma olmadığını, iqtisadi subyektlərin borclanma davranışında ciddi dəyişiklik baş vermədiyini göstərir. Banklar ehtiyatlı kredit siyasəti aparır, iqtisadi subyektlərin isə borclanma davranışının kəskin dəyişmədiyi aydın görünür.

    Geniş pul kütləsi isə əks istiqamətdə dəyişmişdir. Göstərici 49 860,3 mln. manatdan 49 116,1 mln. manata enərək 744,2 mln. manat və ya 1,49% azalmışdır. Bu azalma əsasən dekabr-yanvar ayları ərzində baş vermişdir  və bu dövrdə 1 674,2 mln. manat və ya 3,36% geriləmə qeydə alınmışdır. Fevral ayında isə 930,0 mln. manat və ya 1,93% artım müşahidə olunmuşdur ki, bu da dövlət xərclərinin artması, büdcə transfertləri və ya Mərkəzi Bankın siyasətini qismən yumşaltması hesabına likvidliyin qismən bərpası ilə əlaqədar ola bilər. Lakin ümumi dinamika pul təklifində azalma tendensiyasının üstün olduğunu göstərir.

    Manatla geniş pul kütləsi daha kəskin azalma ilə fərqlənmişdir. Bu göstərici 40 393,7 mln. manatdan 39 190,7 mln. manata enərək 1 203,0 mln. manat və ya 2,98% azalmışdır. Bu hal pul strukturunda dəyişikliklərin baş verdiyini göstərir. Belə ki, manatla olan vəsaitlərin azalması fonunda xarici valyutanın nisbi payının artması və ya əmanətlərin strukturunda dəyişiklik ehtimalını güclənir. Belə nəticəyə gəlmək olar ki, manat likvidliyi hədəfli şəkildə azaldılmışdır.

    Pulun dövretmə sürəti isə ən çox diqqəti cəlb edən dəyişikliklərdən birini nümayiş etdirmişdir. Bu göstərici 3,20-dən 2,83-ə enərək 0,37 vahid və ya 11,56% azalmışdır. Dövretmə sürəti ardıcıl olaraq hər iki ayda azalmışdır dekabr-yanvar aralığında 0,03,yanvar-fevral ayları aralığında isə 0,04 azalma qeydə alınıb. Bu, pulun iqtisadiyyatda dövriyyəsinin əhəmiyyətli dərəcədə yavaşladığını, pul vahidinin daha yavaş dövr etdiyini göstərir. Başqa sözlə, mövcud pul kütləsi ilə daha az mal və xidmət alqı-satqısı həyata keçirilir. Əhali və biznes pulu xərcləmək, investisiya etmək əvəzinə yığmağa üstünlük verir ki, bu da iqtisadi fəallığın zəifləməsinə işarə edən əsas göstəricilərdən biridir.

    Beləliklə, ümumi nəticə olaraq demək olar ki, 2026-cı ilin fevral ayında xarici sektor nisbi olaraq güclənmiş, lakin daxili aktivlər və pul təklifi azalmışdır. Manatla pul komponentinin daha sürətli daralması və pulun dövretmə sürətinin əhəmiyyətli şəkildə zəifləməsi göstərir ki, iqtisadi subyektlər daha ehtiyatlı davranmağa başlamış, likvidlik isə dövriyyədən qismən çəkilərək yığıma yönəlmişdir. Bu isə pulun real sektora ötürülmə mexanizminin zəiflədiyini və iqtisadi fəallığın süstləşdiyini göstərir.

    Müəllif: Aynur Qəniyeva

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv olunub

    02 Aprel 2026

    Neftin bahalaşması və qlobal qeyri-müəyyənlik: Azərbaycan Mərkəzi Bankı aprelin 2-də faizi sabit saxlayacaqmı?

    01 Aprel 2026

    FlyDubai: BƏƏ İran vətəndaşlarının Dubaydan giriş və tranzitini qadağan etdi

    01 Aprel 2026

    BMT: ABŞ-İsrailin İrana mümkün əməliyyatı Yaxın Şərq iqtisadiyyatına 194 milyard dollar zərər vurar

    01 Aprel 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.