The Verge-in məlumatına görə, Microsoft şirkəti Windows 10 əməliyyat sisteminin dəstəyini 2025-ci ilin oktyabr ayında dayandıracağını elan edib.
GDP xəbər verir ki, şirkət istifadəçilərə dəstək müddətini bir il uzatmaq üçün 30 dollar ödəmə təklif edir.
Bunun üçün istifadəçilər təhlükəsizlik yeniləmələri proqramına qoşulmalı olacaqlar.
Müəssisələr üçün isə Windows 10-un dəstəyinin uzadılması daha baha başa gələcək:
- Birinci il üçün – 61 dollar
- İkinci il üçün – 122 dollar
- Üçüncü il üçün – 244 dollar
Bu qərar Microsoft-un Windows 11-ə keçidi sürətləndirmək strategiyasının bir hissəsi hesab olunur.