Bu gün mis fyuçersləri rekord həddə bahalaşıb. Qlobal iqtisadiyyatın davamlı elektrikləşdirilməsi fonunda bu metala tələb güclü olaraq qalır.
“GDP”nin məlumatına görə, NYMEX-də mis qiymətləri bir funt üçün 5,02 dollar təşkil edib. Mis ilin əvvəlindən indiyə qədər olan müddət ərzində 25%-dən çox bahalaşıb.
Bank of America-nın proqnozlarına görə, elektrik avtomobilləri və ümumilikdə nəqliyyat sektorunun misə tələbatı bu il təxminən 5% artacaq.
Mis həm də məlumat mərkəzlərində istifadə olunan kabellər üçün kritik materialdır, bu istiqamətdə də çoxalan tələb qırmızı metala tələbatı artırıb. Süni intellekt bumu məlumat mərkəzlərinə daha çox ehtiyac yaradır.